
Fransada bahalaşmaya qarşı keçirilən etirazlarda 500-dən çox insan yaralanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, hadisələr zamanı 267 polis əməkdaşı və 250-dən çox nümayişçi xəsarət alıb.
Ölkə üzrə 1435 nəfər saxlanılıb. Daxili işlər naziri Loran Nunez bəzi bölgələrdə gecə küçəyə çıxmaq məhdudiyyətlərinin davam edəcəyini bildirib. Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib.
//Nəzər.Media
