ABŞ mediası Vaşinqtonun İrana qarşı yeni hücumlara hazırlaşdığını iddia edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, ABŞ qüvvələri prezident Donald Trampın əmri ilə 96 saat ərzində genişmiqyaslı hücumlara başlaya bilər.
Məlumata görə, bölgədə bunun üçün kifayət qədər hərbi qüvvə var. İsrailin Baş naziri Benyamin Netanyahu seçkidən əvvəl İrana birgə hücum təşkil etməyə çalışıb. Lakin Trampın bu təklifə hələlik razılıq vermədiyi bildirilir.
//Nəzər.Media
