
Yəmən ordusu husilərin nəzarətində olan ərazilərə hücum edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, əməliyyat zamanı husilərin hərbi mövqeləri hədəfə alınıb.
Hücumların ölkənin bir neçə bölgəsində həyata keçirildiyi bildirilir. Əməliyyatın nəticələri və mümkün itkilər barədə ətraflı məlumat açıqlanmayıb. Yəməndə tərəflər arasında gərginlik davam edir.
//Nəzər.Media
