Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın nümayəndələri İran rəsmiləri ilə Tehranda bir araya gəlib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, görüşdə Türkiyəni Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın təmsil edib.
Tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşdə Fələstin və Livandakı vəziyyət, eləcə də İsrailin bölgədəki fəaliyyəti diqqət mərkəzində olub. Tərəflər arasında təmasların əsas məqsədi gərginliyi azaltmaq və dialoqu gücləndirməkdir.
//Nəzər.Media
