Suriyanın İdlib şəhərinin Saraqib bölgəsində hərbi sursat anbarında partlayış baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, hadisədən sonra anbarda yanğın başlayıb.
Hadisə yerinə mülki müdafiə qüvvələri cəlb olunub. Yanğın onların müdaxiləsi ilə nəzarətə götürülüb. İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur, hadisə ilə bağlı araşdırma başlanıb.
//Nəzər.Media
