• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatına start verilib

02 Sentyabr, 25 / 19:11
A A
Gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatına start verilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) pumse üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatına start verilib. Yarışda 22 klubdan ümumilikdə 130 idmançı üç yaş kateqoriyası (12–14 yaş, 15–17 yaş və 18–30 yaş) üzrə fərdi və üçlük proqramında mübarizəyə qoşulub.
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
ATF-in vitse-prezidenti Hikmət Səmədov açılış nitqi ilə çıxış edərək, iştirakçıları və qonaqları salamlayıb. O, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı işlərdən bəhs edərək, bu siyasətin Azərbaycanı dünyada idman ənənələri olan ölkə kimi tanıtdığını vurğulayıb.
“Azərbaycan Taekvondo Federasiyası tərəfindən döyüşlə yanaşı, taekvondonun əsas istiqamətlərindən biri olan pumsenin inkişafına da xüsusi önəm verilir. Bildiyiniz kimi, 2023-cü ildən etibarən pumse ölkəmizdə daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməyə başlanmışdır. Bu yarışın keçirilməsində əsas məqsəd də məhz bu istiqamətin daha da populyarlaşdırılması və idmançılarımızın təcrübəsinin artırılmasıdır,” – deyə Hikmət Səmədov bildirib.
O əlavə edib ki, Azərbaycan təmsilçiləri bu il pumse üzrə beynəlxalq arenada da uğurlar əldə ediblər. Belə ki, bu il Serbiyada keçirilmiş ISF U15 Gimnaziada İdman Oyunlarında yeniyetmələrdən ibarət milli komandamız ümumilikdə 13 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Bu medallardan 10 qızıl, 3 gümüş və 3 bürünc medal döyüş, 3 qızıl medal isə məhz pumse proqramı üzrə əldə olunub. Pumse üzrə fərdi və üçlük proqramlarında əldə edilən bu 3 qızıl medal Azərbaycan taekvondo tarixində ilk belə uğur kimi qiymətləndirilir.
Yarışa bu gün yekun vurulacaq.

Previous Post

Oyan Nəzəriani: “Bütün yarışlarda ən yaxşı nəticə üçün əlimizdən gələni edirik”

Next Post

Bakıda “Spartak” cüdo zalı açıldı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.