• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Fərid Şahbazlı: “Əbu-Dabi görüşü sübut etdi ki, Ermənistan Azərbaycanın yaratdığı reallıqlarla barışıb”

12 İyul, 25 / 8:52
A A
Fərid Şahbazlı: “Əbu-Dabi görüşü sübut etdi ki, Ermənistan Azərbaycanın yaratdığı reallıqlarla barışıb”

“Əbu-Dabidəki görüş Azərbaycanın yaratdığı yeni reallıqların Ermənistan tərəfindən qəbulunun sübutudur”.

Bu sözləri Editor.az İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni siyasi reallıqların növbəti təsdiqidir:

“Vasitəçilər olmadan, ikitərəfli formatda baş tutan dialoq qarşılıqlı etimadın artmasına zəmin yaratdı. Görüşdə sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması kimi praktiki məsələlərin işlənilməsi üçün razılıqlar əldə olunması Azərbaycanın yaratdığı yeni reallıqların təkcə kağız üzərində qalmadığını, real olaraq həyata keçirildiyini göstərir. Ermənistan artıq əvvəlki qeyri-konstruktiv mövqeyindən geri çəkilərək regionda mövcud yeni vəziyyəti qəbul edir. BƏƏ kimi neytral və balanslı tərəfin vasitəçiliyi ilə keçirilən görüş Azərbaycanın diplomatik uğurudur. Rəsmi Bakı münaqişənin artıq tarixdə qaldığını açıq şəkildə nümayiş etdirir və əsas məqsəd kimi sülhün təmin olunmasını irəli sürür”.

Fərid Şahbazlı bildirib ki, Azərbaycanın hərbi, iqtisadi və siyasi gücü regionda yeni nizamın formalaşmasında həlledici amil olaraq qalır: “Bu yeni reallıqların qəbul olunması regionda sabitlik və inkişaf üçün ön şərtdir. Ermənistan isə artıq bu prosesə uyğun davranmalı, dialoqa açıq olmalıdır. Prezident İlham Əliyevin liderliyi altında aparılan normallaşma prosesi davamlı və məqsədyönlüdür. Qarşı tərəfin siyasi gündəmi də artıq bu yeni reallıqlar əsasında formalaşmalıdır”, – deyə siyasi şərhçi vurğulayıb.

“Gələcəkdə bölgədə sülh və əməkdaşlıq Azərbaycanın müəyyən etdiyi və beynəlxalq hüquqa əsaslanan çərçivədə qurulacaq. Bu prosesdə Azərbaycanın səbr və qətiyyəti mühüm rol oynayır. Regional aktorlar da Azərbaycanın iradəsinin dəyişməzliyini qəbul edir”, – Fərid Şahbazlı bildirib.

Previous Post

“Azərişıq” ASC-nin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

Next Post

Avtomobil kanala aşdı: 1 yaralı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.