Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Tokatda baş verib.
Qəza zamanı avtomobil körpüyə çırpılıb. Qəza zamanı avtomobili sürən şəxs həyatını itirib. Onun avtomobildə olan ata və anası yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
