Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kahramanda baş verib.
Qəza zamanı minik avtomobili və motosiklet toqquşub. Hadisə zamanı motosikletin xanım sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Minik avtomobilinin sürücüsü hadisənin baş verdiyi ərazidən qaçıb. Onun axtarışına və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
