Türkiyədə yol qəzası baş verib. Nezer.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza İspartada baş verib.
Qəza zamanı avtomobil iribuynuzlu heyvana çırpılıb. Qəza zamanı yaralanan olmasa da heyvan tələf olub, avtomobilə də ziyan dəyib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nezer.Media
