Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Antaliyada baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə anı təhlükəsizlik kameralarında qeydə alınıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
