Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kütahyada baş verib.
Qəza zamanı minik avtomobili yol çəkilişində iştirak edən işçini vurub. Hadisə zamanı işçi yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Sürücü polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
