Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Adıyamanda baş verib.
Qəza zamanı bir avtomobilə başqa avtomobil arxadan çırpılıb. Hadisə zamanı 1 nəfər yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Polis hadisə ilə bağlı iki nəfəri saxlasa da hələ sürücünün kim olması araşdırılır.
//Nəzər.Media
