Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Ərdaxanda baş verib.
Qəza zamanı minik avtomobili və yük maşını olan pikap toqquşub. Zərbənin nəticəsində pikap aşıb. Hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Pikapın sürücü ərazidən qaçıb. Polis onun axtarışına və qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
