Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kastomonda baş verib.
Qəza zamanı minik avtomobili parklanmış vəziyyətdə olan avtomobilə çırpılıb. Hadisə zamanı 2 nəfər yaralansa da avtomobildə olan 3 yaşlı qız xəsarət olmadan xilas olub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
