Suriyanın Xarici İşlər naziri Əsad Həsən Şeybaninin ABŞ-ın nümayəndə heyəti ilə görüşü baş tutub. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, görüşdə ABŞ-ın Maliyyə Nazirliyinin və Konqresin nümayəndələri iştirak edib.
Görüş zamanı ABŞ-ın Suriyaya tədbiq etdiyi sanksiyalar müzakirə olunub. Şeybani, Suriya iqtisadiyyatını qlobal maliyyə sisteminə yenidən bağlamaq və sabitlik təmin etmək üçün təcili addımlar atılmasının vacibliyini vurğulayıb.
//Nəzər.Media
