
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
ABŞ mediası sensasion bir iddia ilə çıxış edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netenyahu ilə ABŞ Prezidenti Donald Tramp və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens arasında telefon danışığı olub.
ABŞ mediasının iddiasına görə Netenyahu ABŞ Prezidenti Donald Trumpdan İrana mümkün hücum planlarını təxirə salmasını istəyib.
Qeyd edək ki, Körfəz ölkələri də ABŞ-a oxşar xəbərdarlıq edib. Xəbərdarlıqda hücumun bölgədə geniş qarşıdurma yaradacağını bildiriblər. ABŞ isə əlavə hərbi texnika və döyüş gəmilərini bölgəyə göndərməyə davam edir.
Xatırladaq ki, İran daxilində isə iqtisadi çətinliklər və yerli valyutanın dəyər itirməsi səbəbindən başlayan etirazlar hələ də davam edir.
//Nəzər.Media
