
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
ATV-də yayıma başladığı ilk gündən reytinqləri alt-üst edən “A.B.İ.” serialı bu dəfə uğurları ilə deyil, pərdəarxası qalmaqalla gündəmə gəlib. İddiaya görə, gənc aktrisa Afra Saraçoğlu ssenaridə yer alan öpüşmə səhnəsində rol almağı rədd edib.
Cəmi 3 bölümü yayımlanan “A.B.İ.” serialı qısa müddətdə “Uzak Şehir” və “Taşacak Bu Deniz” kimi iddialı rəqiblərini geridə qoyaraq ən çox izlənilən layihəyə çevrilib.
Jurnalist Onur Akayın sözlərinə görə “Çağla” obrazını canlandıran Afra Saraçoğlu ssenaridə Kənan İmirzalıoğlu ilə öpüşməli olduğu səhnəyə etiraz edib. Mənbə bu hadisəni belə şərh edib: “Türkiyədə ilk dəfə Türkan Şoraydan sonra Afra Saraçoğlu ssenaridə yazılan öpüşmə səhnəsini rədd etdi! Serial hələ başlamazdan əvvəl aradakı yaş fərqi müzakirə mövzusu olmuşdu. Görünür yeni nəsil aktyorlar artıq təkcə rolu seçmir, həm də səhnə sərhədlərini özləri müəyyən edirlər.”
Serial hələ istehsal mərhələsində olarkən 51 yaşlı Kənan İmirzalıoğlu ilə 28 yaşlı Afra Saraçoğlunun tərəf müqabili olması sosial şəbəkələrdə geniş mübahisələrə səbəb olmuşdu. Bir çox istifadəçi aradakı yaş fərqinin “eşq” mövzusu üçün uyğun olmadığını müdafiə edirdi. Afranın bu son qərarı həmin müzakirələri yenidən alovlandırıb.
//milli.az
