Avropa İttifaqı qüvvələri Aralıq dənizində Rusiya tankerinə əməliyyat keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, “MV SUN” adlı tanker Rusiyanın kölgə donanmasına aid olmaqda şübhəli bilinir.
Tankerin saxta bayraq altında üzməsi ehtimalı araşdırılıb. Əməliyyat zamanı gəmi bayrağın təsdiqi üçün yoxlanılıb. AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bu cür əməliyyatların davam edəcəyini bildirib.
//Nəzər.Media
