Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Sənətçi ailə qurmaq ərəfəsində olduğunu bildirib.
İfaçı Qəhrəmanova etiraf edib ki, bu qərarına ailəsi, xüsusilə də anası razı deyil:
“Anam bu nikahın tərəfdarı deyil. Amma mən düşünürəm ki, düzgün qərar vermişəm. Həyatda insanın ürəyinin səsinə qulaq asması vacibdir”, – deyə o, bildirib.
Müğənni əlavə edib ki, nikah mərasimi sadə şəkildə baş tutacaq və toy məclisi təşkil etməyi planlaşdırmır:
“Toy etmək fikrim yoxdur. Hər şeyin təmtəraqlı olmasına ehtiyac duymuram. Əsas olan qarşılıqlı sevgi və anlayışdır”, – deyə sənətçi qeyd edib.
//milli.az
