Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura star verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matçda növbəti üç xalını qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək. Hakim İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Araz-Naxçıvan”ın start heyəti:
12. Kristian Avram(GK)
34. Urfan Abbasov (C)
3. Bəxtiyar Həsənalızadə
5. Slavik Alxasov
8. Coşqun Diniyev
16. Ramon Maçado
6. Patrik Andrade
29. Vanderson Melo
17. İssuf Paro
23. Nuno Rodriqes
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
26. Ömər Buludov
14. Ülvi İsgəndərov
24. Mustafa Əhmədzadə
2. Qara Qarayev
22. Elçin Mustafayev
19. Bar Kohen
77. Bruno Franko
“Araz-Naxçıvan”ın baş məşqçisi:Elmar Baxşıyev
“Kəpəz”in start heyəti:
33. Yusif İmanov(GK)
27. Məqsəd İsayev
7. Ehtiram Şahverdiyev
77. Fərid Nəbiyev
5. Rauf Hüseynli
88. Şakir Seyidov
17. Ümid Səmədov
29. Dioqo Verdaska (C)
14. Adama Fofana
10. Ryonosuke Ohori
6. Pedro Qomeş
“Kəpəz”in ehtiyat oyunçuları:
22. Məmməd Hüseynov(GK)
81. Elgün Bayramov(GK)
20. Elcan Əbilov
53. Şahmar Aşurov
23. Fərid Kələntərov
38. Cefferson Bentu
99. Əli Səmədov
15. Raul Məmmədov
66. Arzu Atakişiyev
“Kəpəz”in baş məşqçisi: Azər Bağırov
Bu gün bir qarşılaşma daha baş tutacaq
Günün və turun sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasında Şənbə günü star verilib. Açılış günündə bir qarşılaşma baş tutub.
Turun açılış və günün yeganə qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 31-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açıb-“Zirə”-“Qarabağ”-1:0. Oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Zirə”nin heyətində Enrike Kustodionun avtoqolu ilə hesabı bərabərləşdirib-“Zirə”-“Qarabağ”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Zirə”-“Qarabağ”-1:1. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir qol vurmaqla bir xala qane olub-“Zirə”-“Qarabağ”-1:1.
Bazar günü bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Qarşılaşmanın ilk hissəsi başladığı hesabla bittib-“Karvan-Yevlax”-“Şamaxı”-0:0. Oyunun 59-cu dəqiqəsində “Şamaxı” Oruc Məmmədovun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:1. Oyunun 70-ci dəqiqəsində Karim Rossi “Şamaxı”nın ikinci topua imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:2. Oyunun 82-ci dəqiqəsində Dioqo Balau “Şamaxı”nın üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:3. Bu oyunda vurulan son qol olub və “Şamaxı” matçda üç xalı üç cavabsız qolla qazanıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:3.
Dünənə iki qarşılaşma təyin edilmişdi
İlk olaraq “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Görüş 23-cü dəqiqədən dumanlı hava səbəindən təxirə salınıb. Görüşün bu gün keçiriləcəyi gözlənilir.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sabah”-“Neftçi”-0:0. Oyunun 58-ci dəqiqəsində “Sabah” Akim Zedadkanın qolu ilə hesabı açıb-“Sabah”-“Neftçi”-1:0. Oyunun 70-ci dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Neftçi”-2:0. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 2:0 qalib ayrıldı.
