• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Araz-Naxçıvan" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

09 Dekabr, 25 / 18:59
A A
"Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir-START HEYƏLƏR

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Araz-Naxçıvan”-“Kəpəz” oyunu başa çatdı. Gərgin keçən oyun 2:0 “Araz-Naxçıvan”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 64-cü dəqiqəsində Patrik Andrade “Araz-Naxçıvan”ın üçüncü topuna imza atdı-“Araz-Naxçıvan”-“Kəpəz”-2:0
xxxx
“Araz-Naxçıvan” “Kəpəz” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Araz-Naxçıvan” 1:0 hesabı ilə irəlidədir.
xxxx
Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura star verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edir. Muxtar Respublika təmsilçisi bu matçda növbəti üç xalını qazanmağa çalışır. Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünür. Hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşamada artıq oyunun 38-ci dəqiqəsində “Araz-Naxçıvan” Coşqun Diniyevin qolu ilə hesabı açdı-“Araz-Naxçıvan”-“Kəpəz”-1:0

Bu gün bir qarşılaşma daha baş tutacaq

Günün və turun sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasında Şənbə günü star verilib. Açılış günündə bir qarşılaşma baş tutub.

Turun açılış və günün yeganə qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 31-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açıb-“Zirə”-“Qarabağ”-1:0. Oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Zirə”nin heyətində Enrike Kustodionun avtoqolu ilə hesabı bərabərləşdirib-“Zirə”-“Qarabağ”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Zirə”-“Qarabağ”-1:1. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir qol vurmaqla bir xala qane olub-“Zirə”-“Qarabağ”-1:1.

Bazar günü bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. Qarşılaşmanın ilk hissəsi başladığı hesabla bittib-“Karvan-Yevlax”-“Şamaxı”-0:0. Oyunun 59-cu dəqiqəsində “Şamaxı” Oruc Məmmədovun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:1. Oyunun 70-ci dəqiqəsində Karim Rossi “Şamaxı”nın ikinci topua imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:2. Oyunun 82-ci dəqiqəsində Dioqo Balau “Şamaxı”nın üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:3. Bu oyunda vurulan son qol olub və “Şamaxı” matçda üç xalı üç cavabsız qolla qazanıb-“Karvan-Yevlax”-“Şamaxı”-0:3.

Dünənə iki qarşılaşma təyin edilmişdi

İlk olaraq “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Görüş 23-cü dəqiqədən dumanlı hava səbəindən təxirə salınıb. Görüşün bu gün keçiriləcəyi gözlənilir.

Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Sabah”-“Neftçi”-0:0. Oyunun 58-ci dəqiqəsində “Sabah” Akim Zedadkanın qolu ilə hesabı açıb-“Sabah”-“Neftçi”-1:0. Oyunun 70-ci dəqiqəsində Coy Lens Mikels “Sabah”ın ikinci topuna imza atıb-“Sabah”-“Neftçi”-2:0. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 2:0 qalib ayrıldı.

Previous Post

"Sumqayıt" "İmişli"ni qəbul edir-START HEYƏTLƏR

Next Post

"Sumqayıt" qələbəyə sevindi-YENİLƏNİB-2

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.