Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Araz-Naxçıvan”-“İmişli” oyunu başa çatdı. Gərgin keçən matç 2:0 “Araz-Naxçıvan”ın xeyrinə başa çatdı
xxxx
Oyunun 90+5-ci dəqiqəsində Ülvi İsgəndərov “Araz-Naxçıvan”ın ikinci topuna imza atdı-“Araz-Naxçıvan”-“İmişli”-2:0
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da mövsümün sürpriz komandası “İmişli”ni qəbul edir. İki turdur qələbə üzünə həsrət Muxtar Respublika təmsilçisi bu oyunda qələbə qazanmağa çalışır. “İmişli”də matçda növbəti xal və xallarını qazanmağa calışır. Hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşamada artıq oyunun 33-cü dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açdı-“Araz-Naxçıvan”-“İmişli”-1:0
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kopleksinin Stadionu”nda “Neftçi”ni qəbul edəcək. Keçən tur qələbə qazana bilməyən “Mavi qartallar” bu oyunda nəticə qazanmaq arzusunda olacaq. Uğursuzluq zolağından çıxa bilməyən “ağ-qaralar”da matçda üç xal qazanmaq arzusunda olacaqlar.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günün günün ilk qarşılaşmasında Azərbaycan futbolu qüruru “Qarabağ” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Köhlən atlar matçda növbəti üç xallarını qazanmaq istəyəcək.Xal üzünə həsrət Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azı məğlub olmamaq üçün əlindən gələni edəcək.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Kimyaçılar” matçda növbəti üç xallarını qazanmağa calışacaq. “Boz qurda” da Sumqayıta üç xal üçün gəlib.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı Şəhər Stadionu”nda “Sabah”ı qəbul edəcək. Yevlax təmsilçisi matçda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Bayquşlar” isə matçda üç xal üçün çıxacaq.
Günün və turun sonucu qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri doğma publika önündə qələbə qazanmağa çalışacaq. “Şamaxı”da matçda üç xal qazanmağı hədəfləyəcək.
