• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Aşpazlıq üzrə pilot tədris qrupunun “Məzun günü” keçirilib

23 Dekabr, 25 / 12:49
A A
Aşpazlıq üzrə pilot tədris qrupunun “Məzun günü” keçirilib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin birgə təşkilatçılığı ilə Aşpazlıq ixtisası üzrə ikinci pilot tədris qrupunun “Məzun günü” keçirilib.

“CASA Baku” Kulinariya Mərkəzində baş tutan mərasimdə Dövlət Turizm Agentliyinin, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, “CASA Baku” Kulinariya Məktəbinin nümayəndələri, yerli və xarici kulinariya mütəxəssisləri, həmçinin tələbələrin valideynləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova çıxışında qastronomiya turizminin inkişafının dövlət səviyyəsində prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, gənc aşpazların peşəkar hazırlıq səviyyəsinin artırılmasında bu layihənin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, pilot tədris proqramı çərçivəsində gənc kadrların həm nəzəri, həm də praktik bilik və bacarıqları beynəlxalq standartlara uyğunlaşdırılıb.

Tədbirdə “CASA Baku” Kulinariya Məktəbinin direktoru Kelvin Chong və Bakı Turizm Peşə məktəbinin direktoru Neylüfər Kərimova çıxış edərək, özəl sektor ilə dövlətin bu istiqamətdə əməkdaşlığının mütərəqqi tərəflərindən danışıblar. Bildirilib ki, pilot tədris proqramı çərçivəsində tələbələrə “CASA Baku” Kulinariya Məktəbinin ekspertləri ilə yanaşı, digər yerli və xarici kulinariya mütəxəssisləri tərəfindən ixtisaslaşmış təlimlər keçirilib, onların peşəkar bacarıqları inkişaf etdirilib. Tədris müddətində məzunlar nəzəri biliklərlə bərabər, ölkə daxilində və xaricdə təşkil olunan müxtəlif tədbirlərdə, həmçinin kulinariya müsabiqə və çempionatlarında fəal iştirak ediblər.

Çıxışlardan sonra ikinci pilot tədris qrupunun məzunlarına diplomlar təqdim olunub, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb. Məzunlar öz bilik və təcrübələrini növbəti pilot qrupun iştirakçılarına ötürmək məqsədilə aşpaz geyimlərini simvolik olaraq təqdim ediblər.

Xatırladaq ki, “CASA Baku” Kulinariya Məktəbi Azərbaycanda “Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi” tərəfindən akkreditasiya olunmuş yeganə kulinariya tədris müəssisəsidir. Bu kimi proqramlar məzunların məşğulluq imkanlarının artmasına və qastronomiya sahəsində karyera qurmaqlarına müsbət töhfəsini verir. Məktəbin tədris proqramları London İnstitutunun “City & Guilds” Beynəlxalq Təşkilatı və Dünya Aşpazlar Assosiasiyası tərəfindən tanınır ki, bu da məzunların beynəlxalq səviyyədə peşəkar karyera imkanlarının genişlənməsinə şərait yaradır. Tədris proqramını uğurla başa vuran tələbələr Bakı Turizm Peşə Məktəbi tərəfindən keçirilən dövlət imtahanı və beynəlxalq “City & Guilds” proqramı üzrə müvafiq sertifikatlar əldə edirlər.

Previous Post

“Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı keçirilib

Next Post

Kompüterdə oğru var: “Stealka” adlı yeni troyan “Windows” istifadəçilərinin məlumatlarını oğurlayır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.