• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Ata nə qədər optimist olsa, erkən doğuş riski o qədər azalırmış

09 Noyabr, 25 / 22:26
A A
Ata nə qədər optimist olsa, erkən doğuş riski o qədər azalırmış

Ata nə qədər optimist olsa, erkən doğuş riskini azaldır.

Kaliforniya Universitetinin alimləri 217 cütlük üzərində müşahidə apararaq bu qənaətə gəliblər.

Tədqiqat “Biopsychosocial Science and Medicine” (BSM) jurnalında dərc olunub.

Araşdırmalara görə atalar emosional dəstək verəndə və stresə dözümlü olduqda, analarda iltihab səviyyəsi azalır və uşaq vaxtından əvvəl dünyaya gəlmə ehtimalı aşağı düşür.

Eksperiment zamanı hamilə qadınlarda C-reaktiv zülalın səviyyəsi ölçülüb. Hansı ki, bu, iltihab göstəricisi olub və erkən doğuş riskinə işarə edir. Həm ata, həm də ana psixoloji sorğuları dolduraraq optimizm, özünəinam və sosial dəstək qabiliyyətini qiymətləndiriblər.

Nəticələr göstərib ki, rəsmi nikahda olan cütlüklərdə atanın özünəinamı və sosial dəstəyi qadınlarda iltihabı azaldaraq uşağın vaxtından əvvəl dünyaya gəlməsini əhəmiyyətli dərəcədə azaldır. Rəsmi nikah olmayan cütlüklərdə isə bu təsir müşahidə olunmayıb.

Mütəxəssislər vurğulayırlar ki, atanın emosional dəstəyi və pozitiv münasibəti yalnız bioloji proseslərə deyil, həm də sağlam qidalanma, stressin azalması və ümumi müsbət mühit yaradılması kimi ailənin həyat tərzinə təsir edir.

Qeyd edək ki, 37-ci həftədən əvvəl baş verən erkən doğuş uşaqlar üçün uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər, buna görə hər əlavə gün hamiləlikdə uşağın inkişafı üçün önəmlidir.

//milli.az

Previous Post

Azərbaycan Premyer Liqası XI TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

Next Post

Göyçayda ənənəvi “Nar Festivalı” keçirildi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.