Türkiyənin İstanbul şəhərində Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Cebeci İdman Kompleksində təşkil edilən açılış mərasimində bayrağımızı parataekvondoçumuz Sabir Zeynalov və boccia üzrə idmançımız Fidan Səfquliyeva daşıyıb.
Qeyd edək ki, 24-27 iyul tarixlərini əhatə edən və 7-ci dəfə təşkil ediləcək oyunlarda paralimpiyaçılarımız debüt edir.
