Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Aydında baş verib.
Qəza zamanı idarəetməni itirən sürücü avtomobili parklanmış vəziyyətdə olan 5 avtomobilə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
