Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Konyada baş verib.
Qəza zamanı digər hərəkət iştirakçısı olan avtomobilin minik avtomobilə maniə yaratması ilə minik avtomobili aşıb. Hadisə zamanı 5 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
