Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Eskişehirdə baş verib.
Qəza zamanı avtomobil aşıb. Hadisə zamanı avtomobildə olan qadın və qızı yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
