Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər qəza Sakaryada baş verib.
Qəza zamanı 14 yaşlı sürücünün idarə etdiyi avtomobil beton dirəyə çırpılıb. Hadisə zamanı 14 yaşlı sürücü ölüb. Avtomobildə olan onun 10 yaşlı qardaşı isə yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Jandarm qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
