Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Balıkesirdə baş verib.
Qəza zamanı avtomobil dənizə aşıb. Avtomobilin sürücüsü batan avtomobildən çıxaraq avtomobilin damına çıxa bilib. Sürücü balıqçılar tərəfindən xilas edilib. Avtomobil dənizdən çıxarılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
