Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Eskişehirdə baş verib.
Qəza zamanı avtomobil işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil aşıb. Hadisə zamanı avtomobilin sürücüsü yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
