Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kahramanmaraşda baş verib.
Qəza zamanı avtomobil qayalıqlara çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü həyatını itirib. Qəza sürücünün hamilə yoldaşının yaralanmasına səbəb olub. O dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
