Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Ağrıda baş verib.
Qəza zamanı avtomobil səkiyə çırpılaraq aşıb. Hadisədən sonra sürücü özü avtomobildən çıxa bilib. O qəzada yüngül yaralanıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
