Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Konyada baş verib.
Qəza zamanı avtomobil su kanalına aşıb. Hadisə zamanı avtomobildə sərnişin olan 22 yaşlı qız ölüb. Qəza sürücünün yaralanmasına səbəb olub. Qəza zamanı yaralan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
