Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Kayseridə baş verib.
Qəza zamanı avtomobil və taksi fəaliyyəti ilə məşğul olan avtomobillə toqquşub. Hadisə zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb. Taksi sürücüsü polis tərəfindən saxalanılıb. Onun sərxoş olduğu təsbit olunub.
//Nəzər.Media
