Türkiyədə avtomobil yanıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Samsunda baş verib.
Hadisə zamanı sürücü avtomobili hərəkət etdimək istəyən zaman yanğın baş verib. Sürücü özü yanğını söndürməyə cəhd göstərsə də buna nail ola bilməyib. Yanğın yalnız yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
