Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Denizlidə baş verib.
Qəza zamanı avtomobil yol kənarına aşıb. Hadisə zamanı 9 yaşlı uşaq pəncərədən bayıra düşüb. O həyatını itirib. Onun avtomobili idarə edən atası isə yaralanıb. Yaralı sürücü xəsatəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
