Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Amasiyada baş verib.
Qəza zamanı avtomobil yol nişanına çırpılaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü yaralanıb. Yaralı sürücü dərhal xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə anı təhlükəsizlik kameralarında qeydə alınıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
