• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

Ayasofyadan çimərliyə: Çina Suarezin paylaşımı sosial mediada müzakirələrə səbəb oldu – FOTOLAR

05 Avqust, 25 / 22:06
A A
Ayasofyadan çimərliyə: Çina Suarezin paylaşımı sosial mediada müzakirələrə səbəb oldu – FOTOLAR

Son həftələrdə Ayasofya məscidində başörtülü fotosu ilə gündəmə gələn Çina Suarez bu dəfə bikinili paylaşımı ilə sosial mediada səs-küyə səbəb olub.

Məşhur aktrisanın paylaşımı bəzilərinin tənqidinə tuş gəlsə də, çox sayda insan onun sərbəst davranışına dəstək verib.

Bir müddət əvvəl Ayasofya məscidini ziyarət edərkən başını örtdüyü fotolarla diqqət çəkən və “Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin sevgilisi olan Argentina əsilli Çina Suarez bu dəfə çimərlik geyimindəki görüntüləri ilə gündəmə gəlib.

Ayasofyadakı örtülü fotolarına görə bəzi sosial media istifadəçilərinin hədəfinə çevrilən Suarez, “Bu dəb deyil, digər mədəniyyətlərə və dinlərə hörmətdir” cavabını verərək bir çox insandan alqış qazanmışdı. Lakin son paylaşımı bu dəfə fərqli bir müzakirəyə səbəb olub.

“Instagram” hesabında cəsur çimərlik fotolarını paylaşan Suarez bikinili şəkilləri ilə izləyicilərinin qarşısına çıxıb. Qısa müddət ərzində minlərlə bəyənmə toplayan bu fotolar sosial mediada şərh yağışına tutulub.

Bəzi istifadəçilər onun həm başörtülü, həm də bikinili fotolar paylaşmasını tənqid etsə də, çoxları “Bu bir ziddiyyət deyil, həm hörmətlidir, həm azad” deyərək aktrisaya dəstək olub.

Sosial şəbəkələrdə ön plana çıxan bəzi şərhlər:

“Qadın həm hörmətli, həm azaddır – necə istəsə elə geyinir”.

“Ayasofyada başını örtməsi mədəniyyətə hörmətdir, dənizdə bikini geyinməsi isə öz seçimidir. Bunda nə problem var?”

“Bütün bunlar diqqət çəkmək üçündürmü?”

 

//milli.az

Previous Post

Jorje Koşta vəfat etdi

Next Post

Pezeşkian Xameneinin müşavirini vəzifəyə təyin etdi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.