• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

Aysel Şükürova keçmiş ərini məhkəməyə verdi – Qalmaqal böyüyür

11 Avqust, 25 / 21:19
A A
Aysel Şükürova keçmiş ərini məhkəməyə verdi – Qalmaqal böyüyür

Bloqer Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasındakı qalmaqal bitmir.

Nəzər.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Aysel bu dəfə keçmiş ərini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bloqer iddia ərizəsində bildirib ki, Oqtay sosial şəbəkələrdə onu təhqir edir, barəsində böhtan xarakterli ifadələr işlədir və narkotik istifadə etməsi barədə yalan məlumat yayır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də uşaqlarına aliment ödəməkdən yayınır.

Qadın bu səbəblərə əsaslanaraq Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini və həbslə cəzalandırılmasını tələb edib.

Qarşı tərəf isə iddiaların əsassız olduğunu deyib, şikayətin rəddini istəyib.

Nəsimi Rayon Məhkəməsi təqdim edilən sübutların kifayət etmədiyi qənaətinə gələrək A.Şükürovanın şikayətini icraata qəbul etməyib.

Ayselin vəkili Mircəlal Muradlı saytımıza bildirib ki, Bakı Apellyasiya Məhkəməsi sonradan həmin qərarı ləğv edib. İş yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılıb. Hələ ki, yeni proses keçirilməyib.

Qeyd edək ki, Aysel Şükürova Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. O, bir neçə il əvvəl Oqtayla dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Cütlüyün birgə evlilikdən əkiz oğlan övladı var. Bloqer 3 il əvvəl “Location” gecə klubunda baş verən partlayışda xəsarət almışdı.

 

Previous Post

Pərvin Abıyeva çimərlik geyimində kamera qarşısında – Yeni FOTO

Next Post

250-dən çox şagirdin imtahan nəticəsi ləğv olundu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.