• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılmasının 9 ili tamam olur

23 Dekabr, 25 / 11:28
A A
Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılmasının 9 ili tamam olur

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 9 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı Fərman ilə AMADA-nın təsis edilməsi ölkəmizin ədalət və dürüstlük prinsiplərinə, eləcə də təmiz idman dəyərlərinə sadiqliyinin bariz nümunəsi olmaqla, dopinqlə mübarizə sahəsində dövlətin qətiyyətli və ardıcıl iradəsini nümayiş etdirir.
Fəaliyyət göstərdiyi 9 il ərzində AMADA beynəlxalq standartlara, qabaqcıl təcrübələrə və müasir innovativ yanaşmalara əsaslanaraq ölkədə dopinq nəzarəti və antidopinq idarəetmə proseslərini ardıcıl və effektiv şəkildə həyata keçirir. Agentlik idmançıların sağlamlığının qorunmasını, onların hüquqlarının təmin edilməsini və Azərbaycanın təmiz idman imicinin möhkəmləndirilməsini əsas prioritetlər kimi müəyyən edərək, davamlı və məqsədyönlü antidopinq siyasəti formalaşdırıb. Bu dövrdə AMADA qlobal antidopinq sisteminə verdiyi töhfələr sayəsində beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınıb.
Beynəlxalq əməkdaşlığın məntiqi davamı olaraq, gələn il Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumu keçiriləcək. Sözügedən tədbir Azərbaycanın antidopinq sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmin, eləcə də ölkəmizin qlobal antidopinq platformasında artan rolunun növbəti göstəricisidir.
AMADA 2026–2030-cu illəri əhatə edən yeni Strateji Plan çərçivəsində ölkəmizdə antidopinq siyasətinin daha da təkmilləşdirilməsini, institusional potensialın gücləndirilməsini, risklərin idarə olunması və innovativ yanaşmaların tətbiqini qarşıya məqsəd qoyur. Strateji Planın əsas hədəfləri sırasında WADA-nın tələb və standartlarına tam uyğunluğun təmin edilməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və təmiz idman dəyərlərinə sadiqliyin yüksək səviyyədə qorunması xüsusi yer tutur.
Güclü strateji baxış, beynəlxalq etimad və davamlı maarifləndirmə ilə AMADA növbəti illərdə də Azərbaycanın adını qlobal idman ictimaiyyətində dürüstlük, şəffaflıq və ədalət dəyərləri ilə yanaşı çəkilən ölkələr sırasında möhkəmləndirməyə davam edəcək. Təmiz idman isə bu yolun yalnız məqsədi deyil, həm də dəyişməz prinsipidir.

Previous Post

Mastercard Economics Institute 2026-cı il üçün İqtisadi Proqnozu təqdim edir: İnvestisiya və rəqəmsal transformasiya ilə dəstəklənən dayanıqlı artım

Next Post

Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.