• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

Azərbaycan Avropada təmiz idmanın qorunmasına töhfə verməkdə davam edir

23 Sentyabr, 25 / 20:50
A A
Azərbaycan Avropada təmiz idmanın qorunmasına töhfə verməkdə davam edir

Fransanın paytaxtı Paris şəhərində Avropa Şurasının Antidopinq Konvensiyasının Elm üzrə Məsləhətçi Qrupunun (T-DO SCI) növbəti görüşü keçirilib. Avropa Şurasının ofisində təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktorunun müavini Rüfət Efendiyev təmsil edib.

Ondan artıq ölkədən milli antidopinq təşkilatlarının nümayəndələri və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təmsilçiləri – 2025–2027-ci illər üçün elmi prioritetləri müəyyənləşdirmək məqsədilə bir araya gəlib. Gündəlikdə Qrupun prioritet sahələrinin nəzərdən keçirilməsi, yaxınlarda keçirilmiş sorğunun nəticələri və fəaliyyət planı ilə bağlı müzakirələr yer alıb.

Görüş çərçivəsində, həmçinin 2027-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara elmi töhfələrin verilməsi məsələsi, laboratoriyalarla bağlı yeniliklər, texniki sənədlər və növbəti Məcəllə islahatı dövründə planlaşdırılan əsas dəyişikliklər müzakirə olunub. 2026-cı ildə MEDICRIME Konvensiyası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək “Qadağan edilmiş maddələr üzrə Beynəlxalq Konfrans”a hazırlıq da diqqət mərkəzində olub.

Tədbir yeni alətlər, o cümlədən “Antidopinq Sorğusu üzrə Dinamik Panel” və digər vasitələrin təqdimatı ilə araşdırmaların koordinasiyasına dair sessiya ilə yekunlaşıb.

Görüş Avropada təmiz idmanın qorunması və ictimai sağlamlığın təmin olunması üçün elmə əsaslanan siyasətlərin əhəmiyyətini bir daha təsdiqləyib.

 

Previous Post

“Azərişıq” ASC-nin təşkil etdiyi ümumrespublika Peşə Ustalığı Yarışlarının Qarabağ regionu üzrə finalçısı müəyyənləşib

Next Post

Beynəlxalq vebinara 20-dən artıq ölkənin 89 mütəxəssisi qatılıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.