• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa

31 Avqust, 25 / 21:40
A A
Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlıqdan qlobal əməkdaşlığa

Prezident İlham Əliyevin Çinə səfəri təkcə iki ölkə arasında əməkdaşlığın davamı deyil, həm də yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda qarşılıqlı münasibətlərin daha dərin mərhələyə keçidini ehtiva edir. Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması ölkəmizin beynəlxalq münasibətlər sistemində əsas aktorlardan birinə çevrilməsinin bariz nümunəsidir.
Çin Prezidenti Si Cinpinin İlham Əliyevin şəxsinə göstərdiyi etimad və ünvanına söylədiyi yüksək fikirlər tərəflər arasında şəxsi münasibətlərin və siyasi etimadın ali səviyyəsini göstərir. Diplomatiyada bu səpkili fikirlərsadəcə etik kompliment deyil, gələcək əməkdaşlığa dair ciddi siqnal hesab olunur. Buradan da aydın olur ki, Pekin Azərbaycanı bölgədə etibarlı tərəfdaş, Bakı isə Çini qlobal miqyasda mühüm dayaqlarından biri kimi qəbul edir.
Səfər çərçivəsində əsas müzakirə mövzularından biri iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin genişləndirilməsi olub. Azərbaycanın coğrafi mövqeyi onu “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əsas həlqələrindən birinə çevirib. Transxəzər dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və Xəzər üzərindən multimodal daşımalar Çinin Avropaya çıxışında ən qısa və təhlükəsiz yol kimi təqdim olunur.
Pekinin bu istiqamətdə marağı Azərbaycanın logistika və tranzit mərkəzi rolunu gücləndirir, ölkəyə əlavə investisiya, infrastruktur inkişafı və iqtisadi dividendlər vəd edir. Enerji sahəsi də tərəflərin gündəliyində xüsusi yer tutur. Azərbaycan ənənəvi olaraq neft-qaz ixracatçısı kimi tanınsa da, hazırda yaşıl enerji layihələrinə böyük önəm verir.


Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonaları” bu baxımdan Çin şirkətləri üçün yeni əməkdaşlıq imkanları açır. Çin texnologiyası və kapitalı ilə Azərbaycanın enerji keçidi daha sürətli və səmərəli ola bilər. Bu isə həm ölkənin iqtisadi dayanıqlığını artırır, həm də beynəlxalq imicini gücləndirir. İlham Əliyevin dünya şöhrətli Çin şirkətlərinin rəhbərləri ilə görüşləri da bu xüsusda təsadüfi deyil.
Siyasi planda səfər regional sabitlik baxımından da diqqət çəkir. Rəsmi Pekin açıq şəkildə bəyan edir ki, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq sülhün yeganə yoludur. Bu mövqe Azərbaycanın haqlı mövqeyinə dəstək olmaqla yanaşı, Cənubi Qafqazda sabitliyin qlobal layihələrin davamlılığı üçün vacibliyini də təsdiqləyir.
Azərbaycanın geosiyasi çəkisinin artması bu səfər çərçivəsində bir daha öz təsdiqini tapır. Bakı həm Qərblə, həm də Şərqlə münasibətlərdə balanslı siyasət yürüdür. ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq davam etdiyi kimi, Çinlə strateji tərəfdaşlıq da inkişaf etdirilir. Bu, ölkənin beynəlxalq münasibətlərdə manevr imkanlarını genişləndirir və Azərbaycanın çoxvektorlu diplomatiya xəttini daha da gücləndirir.
Humanitar sahədə də yeni imkanlar açılır. Vizassız gediş-gəlişin tətbiqi turizm, təhsil və mədəniyyət sahəsində qarşılıqlı mübadiləni asanlaşdırır. Bu, təkcə iqtisadi deyil, həm də sosial inteqrasiya baxımından əhəmiyyət daşıyır. İnsanların bir-birini daha yaxından tanıması siyasi və iqtisadi əlaqələri də uzunmüddətli və dayanıqlı edir. Yeni imkanlar və fürsətlər yaradır.
Bir neçə ay öncə Pekində imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq” bəyanatı tam gücü ilə işləkdir və İlham Əliyevin Çinə növbəti səfər proqramı da bunu təsdiq edir. Əgər həmin sənəd siyasi iradənin təsdiqi idisə, bu səfər onun praktik icrasına yönəlmiş addımların atıldığını göstərir. Heç şübhəsiz münasibətlərin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bunun da əsas səbəbi hər iki tərəfdən yüksək siyasi iradənin nümayiş etdirilməsidir.
Ümumilikdə, İlham Əliyevin Çinə səfəri mühüm strateji əhəmiyyət kəsb edir. İqtisadi və nəqliyyat inteqrasiyasının dərinləşməsi, enerji keçidində yeni imkanların açılması və beynəlxalq səviyyədə siyasi ölkəmizin nüfuzunun artması bu qəbildəndir. Gözlənilir ki, yaxın on ildə Azərbaycan-Çin münasibətləri təkcə ikitərəfli deyil, regional və qlobal miqyasda da mühüm nəticələr doğuracaq.

// Azər Niftiyev

Previous Post

"İmişli" ilk qələbəsini qazandı-YENİLƏNİB-2

Next Post

Azərbaycan Premyer Liqası III TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.