• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi idmançılarla görüşüb

23 Yanvar, 26 / 19:46
A A
Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi idmançılarla görüşüb

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

​Dünən Azərbaycan İdman Akademiyasında Azərbaycan Kamandan Oxatma Federasiyanın baş katibi Fərid Xəlilovun məşqçi heyəti və idmançılarla geniş tərkibli görüşü baş tutub. Görüşün gedişatında qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlıq strategiyası, habelə təlim-məşq prosesinin keyfiyyətinin yüksəldilməsi məsələləri əsas müzakirə mövzusu olub. Tədbir zamanı yeni yarış təqvimi və perspektiv planlar ətraflı təhlil edilərək, idmançıların yüksək səviyyədə hazırlığını təmin etmək məqsədilə təşkil olunacaq təlim-məşq toplanışları barədə müvafiq qərarlar qəbul edilib.
​Müzakirələrdə texniki direktor Vladimer Lekveişvili və baş məşqçi Natiq Fazilov çıxış edərək komandanın hazırkı fiziki-texniki vəziyyəti, həmçinin hazırlıq mərhələsində tətbiq olunan yeniliklər barədə məlumat veriblər. Bildirilib ki, komandanın beynəlxalq arenalarda rəqabətədavamlılığını artırmaq üçün kompleks yanaşma tətbiq olunur.
​Tədbirin ən mühüm hissəsi isə Federasiya tarixində ilk dəfə olaraq dünya şöhrətli “Macron” brendi ilə beynəlxalq əməkdaşlığa başlanılmasının elan edilməsi olub. Milli komandamızın rəsmi sponsoru olan “Macron” şirkətinin yeni geyimlərində tədbirə qatılan idmançılarımız, bundan sonra ölkəmizi beynəlxalq arenalarda məhz bu brendin formalarında təmsil edəcəklər. Bu əməkdaşlıq Federasiyanın beynəlxalq nüfuzunun artması və idmançıların təchizatının ən yüksək standartlara çatdırılması yolunda atılan strateji addım kimi qiymətləndirilib.

 

Previous Post

Güləş Federasiyasının rəhbərliyi Qarabağa səfər edib

Next Post

Məhəmməd Bəna: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.