Gürcüstanın Batumi şəhərində 2025-ci il 25-26 oktyabr tarixlərində keçiriləcək kyokuşin karate üslubu üzrə beynəlxalq turnirdə iştirak etmək məqsədilə Azərbaycan Karate Federasiyasının yeniyetmələrdən ibarət yığma komandası bu gün ölkəmizdən yola düşmüşdür.
Turnirdə iştirak edəcək komanda Azərbaycan Karate Federasiyasının kyokuşin karate üslubu üzrə fəaliyyət göstərən idmançılardan formalaşdırılmışdır. Yarışda ölkəmizi təmsil edəcək yeniyetmələrimizin yüksək nəticələr qazanacağına və Azərbaycan idmanının beynəlxalq arenada daha da layiqli şəkildə təqdim olunacağına əminlik ifadə olunmuşdur.
Azərbaycan Karate Federasiyası rəhbərliyi komandaya uğurlar arzulayır və idmançılarımızın peşəkarlıqla çıxış edəcəklərinə inanır.
