• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan karateçiləri “Qazaxıstan Open” beynəlxalq turnirində uğurla çıxış ediblər

14 İyul, 25 / 19:51
A A
Azərbaycan karateçiləri “Qazaxıstan Open” beynəlxalq turnirində uğurla çıxış ediblər

11-13 iyul 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində karate üzrə “Qazaxıstan Open” beynəlxalq turniri keçirilib. Yüksək səviyyədə təşkil olunmuş yarışda Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Azərbaycandan ümumilikdə 600-ə yaxın idmançı iştirak edib.

Azərbaycanı turnirdə Azərbaycan Karate Federasiyasının və “Təhsil” Respublika İdman Mərkəzinin (RİM PHŞ) yığma komandası təmsil edib. İdmançılarımız böyük heyətlə qatıldıqları yarışda yüksək döyüş əzmkarlığı nümayiş etdirərək müxtəlif çəki dərəcələrində fərqləniblər.

Yarışda aşağıdakı nəticələr əldə olunub:
* Vəliyev Yusif (12–13 yaş, -45 kq) – II yer;
* Kamilov Fateh (12–13 yaş, -40 kq) – II yer;
* Kamilov Şamo (14–15 yaş, +70 kq) – III yer;
* İmanov Rauf 16–17 yaş, -61 kq) – III yer;
* Musayev Nəsimi (16–17 yaş, -76 kq) – II yer;
* Dostuyev Aslan (U21, -67 kq) – I yer;
* Süleymanov Rəşid (U21, -75 kq) – I yer;
* Şahbazov Fariz (böyüklər, -60 kq) – I yer;
* Savadov Fərid (böyüklər, -60 kq) – III yer;
* Süleymanov Rəşid (böyüklər, -75 kq) – II yer;
* Cəfərli Rumil (böyüklər, +84 kq) – III yer;
* Sadıqova Mədinə (qadınlar, -55 kq) – III yer.

Bundan əlavə, böyüklər arasında keçirilən komanda döyüşlərində Azərbaycan yığması Qazaxıstanın milli komandasını məğlub edərək yarışın qalibi olub.

Komandamızın heyətində məşqçi kimi Anar Məmmədov (Gəncə şəhər 2 saylı UGİŞM PHŞ) və Rüstəm Əkbərov (Jaguar İdman Klubu / Karateçilər: Kamilov Şamo və Kamilov Fateh) çıxış ediblər. Turnirdə həmçinin beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov da hakim qismində iştirak ediblər.

Komandaya rəhbərlik edən “Təhsil” RİM -in baş məşqçisi Əbülfət Qarayev yarışın uğurla başa çatmasında xüsusi rol oynayıb.

Previous Post

Uğur Erdenerin Anar Quliyevlə səmimi görüşü baş tutub

Next Post

Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.