III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası ikinci medalı qazanıb. Nəzər.Media xəbər verir ki, ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib.
