Qadın voleybolçulardan ibarət Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurub.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın finalında yığmamız Türkiyə millisi ilə üz-üzə gəlib. Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Hər üç setdə qalib gələn Türkiyə komandası qızıl medalın sahibi olub.
Beləliklə, Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarını gümüş medalla tamamlayıb.
FİNAL
VI İslam Həmrəyliyi Oyunları
13 noyabr
Azərbaycan – Türkiyə 0:3 (14:25, 10:25, 18:25)
