• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan Minifutbol Federasiyası və Abşeron Ticarət Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı

10 Dekabr, 25 / 22:19
A A
Azərbaycan Minifutbol Federasiyası və Abşeron Ticarət Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycan Minifutbol Federasiyası ilə Abşeron Ticarət Mərkəzi arasında yeni sponsorluq müqaviləsi imzalanıb. Müqavilə federasiyanın rəsmi nümayəndələri ilə ticarət mərkəzinin rəhbərliyi arasında keçirilən görüş çərçivəsində rəsmiləşdirilib.

Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov və Abşeron Ticarət Mərkəzinin kommersiya direktoru Faiq Mədətov iştirak ediblər. Tərəflər arasında imzalanmış razılaşmaya əsasən, bundan sonra Azərbaycan minifutbol milli komandasının rəsmi oyun formalarında Abşeron Ticarət Mərkəzinin adı yer alacaq.

Taleh Nəsibov çıxışında bildirib ki, yeni əməkdaşlıq milli komandanın inkişafına və idmanın geniş təbliğinə töhfə verəcək:
“Biz bu əməkdaşlığı idmana dəstəyin və sosial məsuliyyətin nümunəsi kimi qiymətləndiririk. Abşeron Ticarət Mərkəzi ilə birgə fəaliyyətimiz həm federasiyamız, həm də milli komandamız üçün yeni imkanlar açacaq.”

Abşeron Ticarət Mərkəzinin kommersiya direktoru Faiq Mədətov isə öz növbəsində bildirib:
“Minifutbolun ölkəmizdə sürətlə inkişaf etdiyini görmək çox sevindiricidir. Biz bu prosesin bir parçası olmaqdan məmnunuq və milli komandamıza gələcək yarışlarda uğurlar arzulayırıq.”

Tədbirin sonunda tərəflər qarşılıqlı əməkdaşlığın rəmzi olaraq bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Previous Post

“Bakı Dialoqları” jurnalının 2025-ci il payız buraxılışı dərc olunub

Next Post

İdman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.